Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşad Sadıqov: "Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm"

Tarix: 25-10-2020 20:49     Baxış: 3193 A- / A+
Rəşad Sadıqov: "Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm"


"İlk növbədə Ordumuzun uğurları ilə bağlı xalqımızı təbrik edirəm. Allah onları qorusun. Şəhidlərimizə rəhmət diləyirəm".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VII turunda evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, oyun gərgin keçib: "Qarabağ"ın yorğun olacağını düşünürdük. Amma meydanda sürətli rəqib gördük. Onları saxlamaq üçün bəzi taktiki gedişatlar etdik. Əslində 1-2 epizodda qol vura bilərdik. Daha dəqiq olsaydıq, hesabı aça bilərdik. Amma ikinci hissədə üstünlük rəqibin tərəfində idi. Heç-heçə bizim üçün yaxşı nəticə idi.

Onun sözlərinə görə, hər bir məşqçi üçün rəqib komandanı yaxşı tanımaq üstünlükdür: "Amma bu həftə bir az çətinlik yaşadaım. Rəqibin hansı heyətlə oynayacağını bilmirdim. "Qarabağ"ı daha az analiz etmişdim".

Sadıqov futbol oynadığı vaxtlarda da emosional olduğunu deyib: "Düşünmürəm ki, futbolçulara pis təsir edir. Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm. Belə rəqiblə matçlarda oyunçularda psixoloji təzyiq olur. Danışmaqla onları tonusda saxlamağa çalışıram".

Baş məşqçi cari çempionatın çətin keçəcəyini söyləyib: "Çempionatımızdakı 5 aylıq fasiləyə baxmayaraq, oyunlar gərgin keçir. İddialı komandaların sayı çoxdur. Yaxınlarımla belə, danışanda deyirəm ki, son illərin ən çətin çempionatı olacaq. İki komanda çempionluğa oynayır. Digərləri isə avrokuboklar üçün mübarizə aparır".

Gənc mütəxəssis "Qarabağ"la oyunun start fitinədək fərqli hisslər yaşadığını vurğulayıb: "Amma hakimin fitindən sonra ancaq öz komandanın qələbəsi barədə fikirləşdirdim. Çempionatımızda hər bir komandaya simpatiyam var. Amma indi yalnız öz uğurlarımız üçün çalışırıq".

Sadıqov rəqibin meydana ikinci heyətlə çıxacağını gözlədiyini bildirib: "Bu gün Qurban Qurbanovun Xayme Romero ilə Patrik Andradeyə istirahət verəcəyini düşünürdüm. Çünki qarşıda avrokubok oyunları var. Amma heyəti görəndə təəccübləndim. Bu gün gücümüz çatdığı qədər mübarizə apardıq. "İlk turda "Qəbələ" ilə matçda açıq-aşkar penalti olduğunu gördüm. Amma bu dəfə vəziyyət fərqlidi. İndi burada hansısa epizodu müzakirə etmək ədalətli olmaz. Çünki çox uzaq idim"./report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar