Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhədə də, meydanda da qalib komanda - "Qarabağ"

Tarix: 02-10-2020 19:18     Baxış: 5179 A- / A+
Cəbhədə də, meydanda da qalib komanda - "Qarabağ"


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə Ağdamın "Qarabağ" futbol klubu qoşulub.


Oktyabrın 1-də “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Leqiya”ya Varşavada 3:0 hesabı ilə qalib gəlib. Təcavüzkar Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda qazanılan bu qələbə təkcə komandanın azarkeşlərində deyil, ümumən cəbhə xəttindən hər gün xoş soraq gözləyən ölkə əhalisində sevinc və məmnunluq hissi doğurub. "Qarabağ" klubu böyük hesablı qələbəsini şanlı və müzəffər ordumuza həsr etdiyini oyundan sonra bütün heyətlə yaşıl meydançada əsgər salamı verməklə bildirib.

Xatırladaq ki, Dövlət Komitəsinin bu ilin əvvəlindən etibarən keçirdiyi “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.

Yaşasın, müzəffər Azərbaycan Ordusu!
Qələbə bizimlədir!


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar