Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Millimizin xaricdə oynayan daha bir futbolçusu Azərbaycana gələ bilməyəcək

Tarix: 28-08-2020 16:18     Baxış: 3868 A- / A+
Millimizin xaricdə oynayan daha bir futbolçusu Azərbaycana gələ bilməyəcək


Xəbər verdiyimiz kimi, AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.


AFFA-nın saytı xəbər verir ki, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq dünəndən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək.

Qeyd edək ki, daha əvvəl millimizin digər iki legioneri – Dmitri Nəzərovla Eddi İsrafilovun gəlməyəcəyi dəqiqləşmişdi. Bu iki futbolçu pandemiyaya görə təhlükəli zonada yerləşən Azərbaycandan qayıtdıqdan sonra müvafiq olaraq Almaniya və İspaniyada karantinə alınacaqlarından milliyə qatılmaqdan imtina edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar