Xəbər lenti
Şəkinin futbol klubu İran millisinin oyunçusu ilə anlaşdı

Şəkinin qadınlardan ibarət "Marxal" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.
Manevr.az-ın verdiyi məlumata görə, əyalət təmsilçisi iranlı Səba Səlimi ilə anlaşıb. Bu barədə məlumatı klubun təsisçisi Elgün Hüseynov verib.
22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı bildirilir.
Təbrizdə anadan olan və əslən azərbaycanlı olan 22 yaşlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib.
Futbolçunun son klubu isə İraqın "Əl-Qatan" komandası olub. Səlimi bununla yanaşı İranın müxtəlif yaş qruplarından ibarət milli komandalarında da top qovub.
O, 2018-ci ildən sözügedən ölkənin əsas yığmasının şərəfini qoruyur.
Kənan Məmməd
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































