Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşad Sadıqov baş məşqçi oldu - RƏSMİ

Tarix: 17-07-2020 16:13     Baxış: 3182 A- / A+
Rəşad Sadıqov baş məşqçi oldu - RƏSMİ


"Zirə"nin baş məşqçisinin adı məlum olub.

Manevr.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.

"Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədovun klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib: "Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. "Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram".

Qeyd edək ki, "Qarabağ"ın və milli komandamızın sabiq kapitanı karyerasını 2019/20 mövsümünün sonunda bitirib. Rəşad indiyədək "Turan", "Neftçi", "Qarabağ", Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" və İranın "Fulad" klublarında çıxış edib. Azərbaycan millisində 111 oyun keçirən veteran müdafiəçi 5 qol vurub. O, 2016-2018-ci illərdə "Qarabağ"ın U-19 komandasını çalışdırıb.

Sadıqov futbolçu karyerası ərzində 7 dəfə Azərbaycan çempionluğunu ("Qarabağ" - 5, "Neftçi" - 2), 4 dəfə ölkə kubokunu ("Qarabağ" - 2, "Neftçi" - 2) qazanıb, 6 dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar