Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Futbolda yeni qayda tətbiq oluna bilər

Tarix: 27-12-2016 09:24     Baxış: 3204 A- / A+
Futbolda yeni qayda tətbiq oluna bilər

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolda yeni qaydanın tətbiq oluna biləcəyini açıqlayıb. “Sputnik” xəbər verir ki, bu barədə qurumun texniki işlər üzrə katibi, əfsanəvi futbolçu Marko Van Basten məlumat verib.

O deyib ki, yeni veriləcək qərara əsasən, oyun ərzində hakimdən narazılıq olarsa, komanda oyunçularından, sadəcə birinə icazə veriləcək ki, hakimə etirazını bildirsin: "Biz çox vaxt görürük ki, hakimdən narazılıq olan zaman komandadakı 11 oyunçudan demək olar ki, hamısı hakimin üzərinə şığıyır. Nəticədə xoşagəlməz görüntülər üzə çıxır".

"Bu hərəkətlərə görə çox vaxt hakimlər də bir neçə futbolçunu qırmızı və ya sarı vərəqlə cəzalandırırlar. Bunlar hamısı qanunlardakı boşluqdan qaynaqlanırdı. İndi isə biz hazırlaşırıq ki, elə bir qayda tətbiq edək ki, narazılıq olan zaman klubun ancaq kapitanı hakimə yaxınlaşıb etirazını bildirsin. Yenə deyirəm, ancaq kapitanlar" — deyən Bastenin sözlərinə görə, oxşar qayda Reqbi idman növündə də mövcuddur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar