Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR

Tarix: 28-01-2020 17:46     Baxış: 3307 A- / A+
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XIII qrant müsabiqəsinin qaliblərdən olan fəal gənc Hüseyn Cabbarlının icra etdiyi “Streetball – 3*3 Basketbol turniri” layihəsi Siyəzən rayonunda uğurla icra olunub. 24-25 yanvar tarixlərində baş tutan turnirdə yeniyetmə və gənclərdən ibarət hər birində 4 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak edib.

Manevr.az xəbər verir ki, turnirdə çıxış edən layihə rəhbəri ölkəmizdə, o cümlədən rayonda gənclərin hərtərəfli inkişafına yaradılan şəraitdən, idmana və idmançılara göstərilən diqqət və qayğıdan, layihənin məqsədindən, idaman növlərinin həmçinin basketbol oyununun təbliğindən, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq olunmalarının vacibliyindən danışmışdır.
Yarışın ilk günündə püşkatma ilə hər qrupda 6 komanda olmaqla iki qrup olimpiya sistemi ilə mübarizə aparmış, gənclərdən “Odlar Yurdu” - “Pələnglər”, yeniyetmələrdən isə “Qartal” və “Yupiter” adlı komandalar finala vəsiqə qazanmışlar.
Turnirin növbəti günü təşkil olunan və gərgin şəraitdə davam edən qrup final oyunlarında “Odlar Yurdu” və “Qartal” komandaları I, “Pələnlər” və “Yupiter” komandaları II, “Akula” və “Nefçi” komandaları isə III yerə layiq görülmüşlər.
Yekunda iki qrupda hər 3 yeri tutan komandalar sertifikat, medal və qol saatları ilə təltif olunmuşlar.

“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar