Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Yuventus" "Napoli"yə uduzub, derbidə qalib müəyyənləşməyib -ŞƏKİL

Tarix: 27-01-2020 05:48     Baxış: 2157 A- / A+
"Yuventus" "Napoli"yə uduzub, derbidə qalib müəyyənləşməyib

İtaliya A seriyasında XXI turun son oyunları keçirilib.

Son gündə 6 qarşılaşma baş tutub.

Çempionluğa iddia edən "İnter" ardıcıl ikinci matçda büdrəyib. "Neradzurra" bu dəfə öz meydanında "Kalyari" ilə görüşdə qələbə hesabını qoruya bilməyib. Milan təmsilçisini sabiq futbolçusu Raca Nainqqolan cəzalandırıb.

Üçüncü pillədə qərarlaşan "Latsio" turnir cədvəlində qonşu olduğu "Roma" ilə səfərdə bərabərə qalıb. Paytaxt derbisində hər iki komanda büdrəyib. "Latsio" "İnter"ə çatmaq, "Roma" isə bugünkü rəqibinə yaxınlaşmaq fürsətini dəyərləndirə bilməyib.

Turun bağlanış oyunu Neapolda keçirilib. Uğursuz mövsüm keçirən "Napoli" "Yuventus"u qəbul edib. İzləyicilərinin xal itirməsi "qoca sinyora"ya liderliyini möhkəmlətmək şansı yaratsa da, komanda bundan yararlana bilməyib. Turin təmsilçisi mövsümdə ikinci məğlubiyyətini "Napoli"dən alıb.

İtaliya A seriyası
XXI tur
26 yanvar
"İnter" - "Kalyari" - 1:1
Martines, 29 - Nainqqolan, 78
"Parma" - "Udineze" - 2:0
Qaliolo, 19; Kuluşevski, 34
"Sampdoriya" - "Sassuolo" - 0:0
"Verona" - "Leççe" - 3:0
Davidoviç, 19; Pessina, 34; Patsini, 87
"Roma" - "Latsio" - 1:1
Dzeko, 26 - Açerbi, 34
"Napoli" - "Yuventus" - 2:1
Zelinski, 63; İnsinye, 86 - Ronaldo, 90 apasport.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar