Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

İbrahimoviç: "Mövsümün gedişini dəyişdirmək üçün mübarizə aparacam"

Tarix: 28-12-2019 05:49     Baxış: 2137 A- / A+
İbrahimoviç: "Mövsümün gedişini dəyişdirmək üçün mübarizə aparacam"

İsveçli hücumçu Zlatan İbrahimoviç "Milan"la müqavilənin imzalanmasını şərh edib.

O, klubun rəsmi saytına müsahibəsində komandanın mövsümü qalib kimi başa vurması üçün çalışacağını deyib.

"Son dərəcə hörmət etdiyim kluba, sevdiyim şəhərə qayıdıram. Cari mövsümün gedişini dəyişdirmək üçün komandada yoldaşlarla çiyin-çiyinə mübarizə aparacam. Hər şeyi edəcəm ki, hədəflərimizə nail ola bilək", - deyə futbolçu "Milan"ın rəsmi saytına müsahibəsində bildirib.

İtalyan klubu ilə 38 yaşlı hücumçunun razılaşması 2019/20 mövsümünün sonuna kimi nəzərdə tutulub. Razılaşmanın şərtlərinə əsasən müqavilənin müddətinin uzadılması da mümkündür.

Zlatanın son klubu "Los-Anceles Qelaksi" olub. O, 2018-ci ilin martından 2019-cu ilin noyabrına qədər bu komandada çıxış edib. 38 yaşlı isveçli futbolçu Şimali Amerika Futbol Liqasının ötən mövsümündə keçirdiyi 31 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xatırladaq ki, İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"ın heyətində çıxış edib. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar