Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Dedilər, Nazarbayev oyuna gəlir, Azərbaycanı udmalısınız”

Tarix: 15-12-2019 12:53     Baxış: 2187 A- / A+
“Dedilər, Nazarbayev oyuna gəlir, Azərbaycanı udmalısınız”

Rus məşqçi Leonid Poxomov Qazaxıstan millisində işlədiyi dövrdə yaşanan maraqlı hadisə haqqında Matç TV-yə danışıb.

Manevr.az xəbər verir ki, çalışdırıcı 2004-cü ildə Azərbaycanla yoldaşlıq oyunundan əvvəl baş vermiş maraqlı hadisəni yada salıb:

“Azərbaycanla yoldaşlıq oyunu keçirirdik. Heyətə planlaşdırdığım kimi, ehtiyatda qalan oyunçuları dəvət etdim ki, yoxlayım. Birdən tribunalarda həyacan yaşandı. Mənə bildirdilər ki, Nazarbayev oyuna gəlir, matçı udmalısınız, qalib gəlmək lazımdır. Necə yəni udmaq lazımdır? Yoxlama oyunu olduğu halda niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və mən Nazarbayevə necə işlədiyimizi izah edərəm. O, stadiona gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm. Hələlik".

Poxomov Qazaxıstanın futbol sistemini tənqid edib: "Görünür ki, futbolu inkişaf etdirmək istəyirlər. Amma öz aralarında hələ müəyyənləşdirə bilməyiblər ki, kim hansı sahəyə cavabdehdir. Mənə bir ev vermişdilər. Federasiyaya piyada gəlirdim. Soruşurlar ki, harda idiniz, saat 9-dan 18-ə qədər işdə olmalısınız. Cavab verdim ki, hər şey aydındır, mən getdim".

Qeyd edək ki, L.Poxomov 2002-2004-cü illərdə Qazaxıstan millisini çalışdırıb.yenisabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar