Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək -ŞƏKİLLƏR

Tarix: 14-12-2019 13:42     Baxış: 4170 A- / A+
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir. Dekabrın 13-də bu münasibətlə Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib.

Manevr.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirməsinin, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasının vacibliyini qeyd edib. Bildirilib ki, artıq dünyada bir idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir. Ölkəmizdə qitə və dünya miqyaslı mötəbər idman tədbirlərinin təşkili, atletlərimizin müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanması bunun sübutudur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın, demək olar ki, hər yerində olimpiya idman kompleksləri, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar yeniyetmə və gənclərimizin fiziki və mənəvi sağlamlığın rəhni olan idmana marağını və bağlılığını daha da artırır.

Qeyd edilib ki, məcburi köçkünlər arasında futzal turnirinin təşkili də ölkəmizdə idmana olan qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Hər bir komanda üzvünə turnir müddətində keçiriləcək oyunlarda uğur arzuyalan komitə sədri, bu cür yarışların silsilə xarakteri daşıyacağını, gələcəkdə daha da təkmilləşdiriləcəyini qeyd edib.

Turnir Mehdiabad və Müşfiqabad qəsəbəsi, Qobu park, Stansiya Sumqayıt, Kürdəxanı, Masazır, Binəqədi, Sumqayıt və Ramanada yerləşən yaşayış komplekslərini təmsil edəcək 9 komanda arasında keçiriləcək. Komandaların hər biri 11 nəfərdən ibarətdir. Turnirin sonunda mükafatçı komandalara kubok və diplomlar təqdim ediləcək.

Görüşün sonunda turnirin püşkatması keçirilib.

Manevr.az

Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar