Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilin baş məşqçisi yenə o seçildi - nəticə

Tarix: 13-12-2016 16:21     Baxış: 5211 A- / A+
Azərbaycanda ilin baş məşqçisi yenə o seçildi


Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Manevr.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 64 mətbuat orqanından 70 jurnalist iştirak edib.

47 səs toplayan Qurbanov 7-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 44 yaşlı mütəxəssisin əsas rəqibi, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 16 səs toplayıb. “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk 4, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev 2, “Zirə”nin çalışdırıcısı Adil Şükürov isə cəmi 1 səs qazanıb.

Qurban Qurbanov 2016-cı ildə “Qarabağ”a ardıcıl 3-cü dəfə Azərbaycan çempionluğunu, 2-ci dəfə isə ölkə kubokunu qazandırıb. “Köhlən atlar” Qurbanovun rəhbərliyi altında ardıcıl 3-cü mövsümdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, komanda.az saytının ötən il keçirdiyi bu sorğuda da qalib "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olmuşdu. O, dekabrın 15-də saat 13:30-da "Feyrmont" otelinin Səttar Bəhlulzadə adına zalında mükafatlandırılacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar