Xəbər lenti
Daha iki boksçumuz 1/8 finala çıxdı

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Manevr.az bildirir ki, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, biri yarışla vidalaşıb.
Yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb. 57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb.
T. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq.
Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da günü qalib kimi başa vurub. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.
O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək.
Hər iki görüş sentyabrın 17-də olacaq.
Bu boksçulardan fərqli, İsmayıl Yaqubov (91 kq) məğlubiyyətə üzülüb. O, Ukrayna təmsilçisinə 1:4 (30:27, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.
Qeyd edək ki, bir gün öncə Məsud Yusifzadə (52 kq) də 1/8 finala yüksəlib.trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































