Xəbər lenti
Voleybol üzrə Azərbaycan millisi Estoniya yığmasına qalib gəlib

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.
Manevr.az-ın məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun qarşılaşmasında rəqib Estoniya yığması olub. Budapeştdəki "Laslo Papp" arenasında baş tutmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25-20, 18-25, 25-22, 22-25, 15-11).
Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda 4 oyundan 8 xalla 2-ci pilləyə yüksəlib. Azərbaycan eyni xala malik Xorvatiyanı setlərdəki qələbə sayında geridə qoyub.
Lakin hələlik növbəti mərhələyə vəsiqə verən ilk "4-lüy"ü təmin etmək mümkün olmayıb. Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşdə Macarıstan Xorvatiyaya uduzsa, Azərbaycan yığması 1/8 finala yüksələcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























