Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aftandil Hacıyev: "Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm"

Tarix: 19-08-2019 09:23     Baxış: 459 A- / A+
Aftandil Hacıyev: "Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm"

"Hər zaman ilk tur həyəcanlı olur. Bu dəfə də hər iki komandada hiss olunurdu".

Manevr.az xəbər verir ki, bunları "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri I turun matçından sonra söyləyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, hər iki komanda layiqli futbol nümayiş etdirib: "Meydanda gözlədiyimizdən də güclü "Zirə" gördük. Futbolçularımıza əzmkarlığa görə təşəkkür edirəm. Problemlərimiz haqda çox danışmayacağam, hər kəsə məlumdur. Matça yaxşı başlasaq da sonradan nəzarəti rəqibə verdik. İkinci hissədə vəziyyəti dəyişdik. Bizim oxşar cəhətimiz odur ki, hər iki komanda yenilənib. Bunun nə dərəcədə faydalı olub-olmayacağını görəcəyik.

İki legionerimizin getməsi gözlənilməz oldu. Ancaq buna görə məyus deyilik. Yerli gənclərimiz də var. Bu gün Turan Manafovu oynadı, yaxşı təsir bağışladı".

Hacıyev "Səbail"in maliyyə problemi ilə üzləşməsi yönündə çıxan xəbərlər nə dərəcədə doğrudur" sualına belə cavab verib: "Mən ancaq cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm. Bu suala rəhbərlik cavab verə bilər".report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar