Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi - ŞƏKİLLƏR

Tarix: 11-07-2019 16:31     Baxış: 4232 A- / A+
Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi - ŞƏKİLLƏR


Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib.

Manevr.az-ın əldə etdiyi məlumata görə, yubiley medalı ilə təltif olunanlar arasında Olimpiya, Paralimpiya, dünya və Avropa çempionu adına yiyələnmiş 27 idmançı və idman veteranı da var.

Belə ki, karyerasını indi davam etdirənlərdən karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Şərif Şərifov, şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və boksçu Məhəmmədrəsul Məcidov bu mükafata yiyələniblər.

Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina, Rəfiqə Şabanova (hər ikisi həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo), Fariz Nəcəfov (şotokan karate), Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük), Gündüz İsmayılov (parapauerliftinq) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib./oxu.az

Manevr.az

Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi - ŞƏKİLLƏR
Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi - ŞƏKİLLƏR

Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar