Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

“İlk dəfə deyil ki, haqqımız yeyilir” - Tərlan Əhmədov

Tarix: 13-08-2016 21:56     Baxış: 2331 A- / A+

“İlk dəfə deyil ki, haqqımız yeyilir”


AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Oyunun ağır keçəcəyini bilirdik. Gəncə həmişə futbolla yaşayan şəhərdi. Bu gün eyni səviyyədə oyun getdi. Nəticə oyuna görə oldu. Futbolçularım tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Ötənilki AZAL-ı geri qaytarırıq. Uğurlarımızı gələcəkdə görəcəksiz. Fasilədən sonra 2-ci hücumçunu buraxdım ki, qalib gələk, amma alınmadı. “Neftçi” ilə matçdan sonra ruh düşkünlüyü var idi. Onlar bunu unutmuşdular, ona görə sevincliyəm.

- Ötən oyunda AZAL-ın haqqı yeyildi, bu dəfə də hakimlikdən narazı görünürdünüz...

- İlk dəfə deyil, haqqımız yeyilir. 3 ildi belə şeyləri görürəm. Hamı səhv edə bilər. Bəzi ikili mübarizələrdə çox fit verilirdi və referi oyunu saxlayırdı. Buna görə bir az aqressiv idim. Fərqi yoxdu, top bizdədi, ya rəqibdə. Hakimlikdən narazı deyiləm.

- Nuqzarın vəziyyəti necədi?

- 1-ci gün bu barədə məlumat veriləcək. İndi bu haqda danışmaq tezdi.

- Yeni futbolçu Fok Brayanla bağlı fikirləriniz nədi? Həmçinin, deyilənə görə, yeni dayaq yarımmüdafiəçisinin gələcəyi gözlənilir...

- Bizim müdafiədə bir az problemlərimiz var. İstəyirəm heyətdə rəqabət olsun. Arxa xətdə Elşad Manafov oynayır. Onun əvəzləyicisi yoxdu. Sırf rəqabət üçün legioner cəlb etmək istəyirdim ki, futbolçuların formasında irəliləyiş olsun. İranlı dayaq yarımmüdafiəçisini baxışdan keçirəcəm və qərar verəcəm.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar