Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur türk futbolçu toyundan əvvəl 1000 uşağın əməliyyat xərcini üzərinə götürdü – Özildən ibrətamiz addım

Tarix: 07-06-2019 14:58     Baxış: 3211 A- / A+
Məşhur türk futbolçu toyundan əvvəl 1000 uşağın əməliyyat xərcini üzərinə götürdü – Özildən ibrətamiz addım


İngiltərənin “Arsenal” futbol komandasının yarımmüdafiəçisi, məşhur türk futbolçu Məsut Özillə 2014-cü ilin Türkiyə gözəli Əminə Gülşənin bu axşam İstanbulda toy mərasimidir.

Dünən cütlüyün xınayaxdı mərasimi də keçirilib. Xına gecəsində yaxın dostları onları tək buraxmayıb. Məclisdə duyğusal anlar yaşanıb. Belə ki, Məsut Özil və nişanlısı Əminə Gülşə xınayaxdı keçirilən salona “Ölürüm Türkiyem” mahnısının sədaları altında giriblər.

Qeyd edək ki, Özil toyqabağı nümunəvi addımla diqqət çəkib. Belə ki, o, “Kızılay”a müraciət edərək, Türkiyə və Suriyada maddi durumu ağır olan 16 min adama toy ziyafəti verib.

Bundan başqa Məsut özünün feysbuk səhifəsində izləyicilərinə çatdırıb ki, o Əminə ilə birgə ehtiyacı olan 1000 uşağın əməliyyat xərclərini ödəyəcəklər. “Dünyadakı uşaqlara kömək etmək istəyirik”, – deyə məşhur futbolçu bildirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, bu gecə İstanbulda otellərdən birində baş tutacaq toy mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı da gözlənilir. (moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar