Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Mxitaryan Bakıya gəlməyəcək - "Arsenal"dan açıqlama

Tarix: 17-05-2019 07:53     Baxış: 3182 A- / A+
Mxitaryan Bakıya gəlməyəcək - "Arsenal"dan açıqlama

İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

Manevr.az xəbər verir ki, "Tayms" nəşrinin bildirdiyinə görə, "topçular" mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu "təhlükəsizlik" səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar