Xəbər lenti
Ayaz, axmaq olma, kişi üçün ən vacibi... - Erməni məşqçi

Ayaz unikal futbolçu, əsl şeytandır. Rusiyada heç kim meydanın kiçik hissəsində topla onun kimi davrana bilmir. Quliyev cəld, sürətli və son dərəcə emosionaldır.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Anji”nin sabiq çalışdırıcısı Aleksandr Qriqoryan deyib.
Vaxtı ilə Mahaçqala təmsilçisində Ayaz Quliyevin də baş məşqçisi olmuş erməni mütəxəssis azərbaycanlı futbolçunun bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu sındırmasına münasibət bildirib:
“Hərdən məşqdə oyunu yaxşı alınmayanda topu qüvvətli zərbə ilə auta vururdu. Amma səhv olduğunu başa düşəndə emosiyalarını tez cilovlayırdı. Çox futbolçu ilə işləmişəm. Mənə görə, Ayaz təmiz qəlbli, özündən böyüklərə qarşı son dərəcə diqqətli olan yaxşı insandır. Özündən razılığı və ulduz xəstəliyi yoxdur, amma çox dindardır.
Son hadisə də onun emosionallığının nəticəsidir. Ona səbrli olmağı məsləhət görərdim. Əgər hisslərini idarə etməyi bacarsa, yüksək səviyyəli futbolçu olacaq.
Şəxsən ona demək istərdim ki, “Ayaz, axmaq olma, kişi üçün ən vacibi öz istedadını göstərməkdir. O, gələcəkdə Avropa səviyyəli dayaq yarımmüdafiəçisi ola bilər”.
Qeyd edək ki, aprelin 10-da baş verən insidentə görə Moskva “Spartak”ı Ayazı cəzalandırıb. Əvəzedici komandaya göndərilən yarımmüdafiəçi 5 milyon rubl (təqribən 77 min dollar) məbləğində cərimələnib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar