Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - ŞƏKİLLƏR

Tarix: 13-04-2019 14:38     Baxış: 3405 A- / A+
Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - ŞƏKİLLƏR


Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Manolova finalədək Hena Yuhansonu (İsveç), Lutsie Mantskeni (Almaniya), Petra Ollini (Finlandiya) məğlub etdi.

Finalda isə yerli ölkəni - Rumıniyanı təmsil edən macar əsilli idmançı Krista İnçeni məğlub edərək Avropa çempionu oldu.

Elisin bu qələbəsinin özəlliyi isə ondan ibarətdir ki, hesabda 0:4 geridə olsa da, ardıcıl xallar toplayaraq geridönüş edə bildi və sonda 6:4 qalib gəldi.

Bununla da o, Mariya Stadnik və Yuliya Ratkeviçdən sonra Azərbaycana qadın güləşi üzrə böyüklər arasında Avropa birinciliyi qazandırdı. Bəs bu idmançı kimdir?

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Elis Manolova Bolqarıstan türküdür. O, 19 yaşında olanda millimizə cəlb olunub. Atası və şəxsi məşqçisi Filip Manolovla birgə Bakıya gəlib.

Elis vətəndaşlığını dəyişdirmək üçün iki ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən üç yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin Canan Manolova öz ölkəsində qalmağa qərar verib.

Elis Bakıda hazırlıq keçən bolqarıstanlı beşqat dünya və altıqat Avropa çempionu Stanka Zlatevanın (yeri gəlmişkən, 2012-ci ildə ona da Azərbaycanı təmsil etmək təklif olunsa da, o, imtina edib - S.M.) təcrübəsindən yararlanıb. Çünki Zlatevanın şəxsi məşqçisi vaxtı ilə Azərbaycanın qadın güləş millisini çalışdırmış Simeon Şterev olub.

Manolova əvvəl də qitə çempionu olub. Onun 2012-ci ildə Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionluğu da var. Ancaq həmin çempionluq Bolqarıstanı təmsil edərkən qeydə alınıb.

Bundan başqa, o, Azərbaycan adından gənclər arasında iki dəfə Avropa ikincisi, iki dəfə isə dünya üçüncüsü olub. 23 yaşadək dünya və Avropa çempionatında isə müvafiq olaraq gümüş və bürünc medal qazanıb.

O, ötən il böyüklər arasında Avropa çempionatının finalında uduzsa da, bu dəfə ona finalda qalib gəlmək qismət oldu. Özü də o ötən il finalda uduzduğu finlandiyalı Petra Ollini bu dəfə yarımfinalda kürəyini döşəyə vurmaqla məğlub etdi.

2015-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş Manolova bu ilin əvvəlində Hindistan Liqasında da çıxış edib. O, Hacı Əliyevlə birgə "Yodha" klubunun üzvü kimi mübarizə aparıb.

Onun bu uğurları sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatında Elis Manolovanın mükafatçılar sırasına düşəcəyinə inamı artırır.

Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - ŞƏKİLLƏR
Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar