Xəbər lenti
Azərbaycan idmançısı Seriya A turnirinin finalına vəsiqə qazanıb

Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinə start verilib. ONA-nın məlumatına görə, “Zalsburq Arena”da təşkil edilən turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Belə ki, karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) yarışın finalına yüksəlib.
Bir-birinin ardınca Fransa, İtaliya, İran və Ekvadordan olan rəqiblərini məğlub edən təmsilçimiz yarımfinalda son dünya çempionu Conatan Horneyə (Almaniya) qalib gəlib. Martın 3-də qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir.
Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (60 kq) isə yarışın son günü Qazaxıstan idmançısı Kaysar Alpisbayla bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, martın mart 3-də başa çatacaq Seriya A turnirinin ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir. Yarışda digər idmançılarımız bu gün mübarizəyə qatılacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar