Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Messi Argentina Futbol Assosiasiyasının borcunu ödədi

Tarix: 19-11-2016 18:24     Baxış: 3224 A- / A+
Messi Argentina Futbol Assosiasiyasının borcunu ödədi


Argentina yığma komandasının kapitanı Lionel Messi milli komandanın təhlükəsizliyini təmin edən mühafizçilər qarşısında Argentina Futbol Assosiasiyasının borcunu ödəyib.

Bu barədə Argentinanın “Diariouno” radiostansiyası məlumat yayıb.

Manevr.az xəbər verir ki, noyabrın 11-də 2018–ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Braziliya yığması ilə matçdan sonra Federasiyanın mühafizə xidmətinin əməkdaşları futbolçuya yaxınlaşıblar. Onlar Messiyə 5-6 aydır ki, maaş ala bilmədiklərini deyərək kömək istəyiblər.

Nəticədə, Argentina yığmasının kapitanı öz atası ilə əlaqə saxlayıb. Sonra futbolçu federasiyanın borcunu ödəyib.

O da bildirilir ki, Messi bu informasiyanın dərc olunmasını istəməyib.

Qeyd edək ki, həm də “Barselona”nın şərəfini qoruyan ulduz futbolçu və onun atası barəsində vergidən yayınmaya görə Barselonanın məhkəməsi tərəfindən 21 aylıq həbs qərarı çıxarılmışdı. Həmçinin onlar müvafiq olaraq 2 və 1,5 milyon avro cərimələniblər. Lakin dünya şöhrətli futbolçu məhkəmənin qərarından şikayət edəcəyini bildirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar