Xəbər lenti
Azərbaycan Kubokunun oyunu zamanı insident baş verib
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən cavab görüşündə insident baş verib.
Manevr.az xəbər verir ki, hadisə Sumqayıtda "Kapital Bank Arena"dakı oyunun 43-cü dəqiqəsində qonaqlar hesabı açdıqdan sonra yaşanıb. Meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən "Neftçi"nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar. Onlar "Neftçi" azarkeşlərinin yer aldığı tribunaya yerləşdiriliblər.
Qeyd edək ki, ilk hissədən sonra "Neftçi" 1:0 hesabı ilə öndədir. Yeganə qolu Namiq Ələsgərov vurub./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























