Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Bilsəydim, saçımı kəsdirməzdim" - Qara Qarayev

Tarix: 04-12-2018 07:48     Baxış: 3163 A- / A+
"Bilsəydim, saçımı kəsdirməzdim" - Qara Qarayev

"Xorvatiya ilə qarşılaşmışıq. Onlarla öz meydanımızda bir dəfə uğurlu nəticə də qazanmışıq. Qalan digər yığmalarla uzun müddətdir qarşılaşmamışıq. Slovakiya ilə millinin oyunu yadıma gəlmir. İnşallah, əlimizdən gələni edəcəyik. Nə qədər çox xal yığa bildik, yığacağıq. Amma həqiqətən də çox çətindir”

Bu sözləri jurnalistlərə açıqlamasında milli komandamızın üzvü Qara Qarayev deyib.

AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsinə münasibət bildirən “Qarabağ”ın hücumçusu qrupdakı şanslarımızı da dəyərləndirib: "Oturaq, burada danışaq ki, bağ belə, bostan belə. Amma reallıq odur ki, çətin qrupda mübarizə aparacağıq. Bəlkə, 6 yığmanın olduğu qrupda olsaydıq, bizim səviyyəmizdə rəqib olsaydı, daha çox xallar yığa bilərdik.

O vaxt Xorvatiyaya 0:6 hesabı ilə uduzduq, düzdür. Amma bunu düşünmürəm. Bəzən elə oyunlar olur ki, nə etsən də olmur, qapında qollar görürsən. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Mən indi deyim ki, 6 qol buraxmayacağıq, yanlış olar. Bu, qeyri-peşəkar düşüncə olar. Oyun üçün var gücümüzü ortaya qoyacağıq. Tək Xorvatiya yox, bütün səfər oyunlarından yaxşı nəticə ilə dönməyi ümid edirik. Ancaq yenə də deyim, çətin qrupa düşmüşük və bununla razılaşmışıq”

26 yaşlı yarımmüdafiəçi saçını keçəl etməsi ilə bağlı da danışıb: "Düşünmürəm ki, saç düzümüm bu günkü gündə müzakirə obyektinə çevrilməlidir. Saçdı da, istədim, kəsdirdim. Sabah sarı rəngdə gödəkcə geyinsəm, hamı bunu da yazacaq? Heç gözləməzdim ki, gündəmə düşəcək. Vallah, bilsəydim ki, şəklimi bu qədər adam sosial şəbəkələrdə paylaşacaq, eləməzdim. Çünki heç düşünməmişəm ki, bunda qeyri-adi nəsə var. Saçdır da. Niyə belə qarşılanıb, mənim üçün də təəccüblüdür. O qədər idmanla, özümüzlə bağlı düşünməli mövzular var ki. Məncə, saçım bunun yanında heç nədir. Daha yaxşı şeylər fikirləşməliyik"./qol.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar