Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Tarix: 02-12-2018 09:40     Baxış: 3226 A- / A+
Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi keçirilir.

Manevr.az trend-ə istinadən məlumatına görə, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir.

Budəfəki – 82-ci Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasına daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək.
Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.

FIG-in rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunacaq. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılacaq.
Qeyd edək ki, Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.
Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar

Bakıda ilk dəfə FİG-in konqresi keçirilir - Fotolar




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar