Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ronaldo şəraba 31 min avro xərclədi

Tarix: 15-11-2018 07:14     Baxış: 3186 A- / A+
Ronaldo şəraba 31 min avro xərclədi

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo istirahət etməyə hələ də vaxt tapa bilir.


Manevr.az
xəbər verir ki, portuqaliyalı superulduz xanımı Corcina Rodrigeslə birlikdə Londonda yorğunluğunu çıxarıb.

Cütlük əvvəlcə Royal Opera Evində baletə tamaşa edib. Bununla bağlı Corcina instaqram hesabından paylaşım edib və gözəl rəqsə görə rəqqaslara minnətdarlığını bildirib. Uşaqlıqdan balet vurğunu olduğunu bildirən Rodriges Kriştianonun Londonda ona etdiyi bu sürprizdən xoşbəxt olduğunu dilə gətirib.

Ardından yerli otellərdən birində məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Xüsusi restoranlardan hesab edilən bir məkana yollanan Ronaldo, xanımı və böyük oğlu orda tennisçi Novak Cokoviçlə görüşüb. Maraqlıdır ki, Ronaldo cəmi 15 dəqiqə ərzində şərab üçün 31 min avrodan çox xərc çəkib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan dünyanın ən bahalı şərabını sifariş ediblər. Ardından isə 10 min avroluq başqa bir şərabı da yoxlayıblar.

Ronaldo və ailəsinin Londona səfərinin məqsədlərindən biri Novak Cokoviçin oyununu izləməkdi./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar