Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ” 14 günə nə qədər pul qazandı?

Tarix: 04-11-2016 14:28     Baxış: 4250 A- / A+
“Qarabağ” 14 günə nə qədər pul qazandı?


Avropa Liqasının qrup mərhələsində PAOK-u hər iki matçda məğlub etməyi bacaran "Qarabağ" büdcəsini xeyli yaxşılaşdırıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, yunanları həm evdə, həm də səfərdə məğlub etmək ağdamlılara 720 min avro (1,3 milyon AZN) qazandırıb.


Belə ki, UEFA qrup mərhələsində qazanılan hər qələbəyə görə klublara 360 min avro mükafat verir. Bundan başqa Qurban Qurbanovun komandası ilk turda evdə "Slovan"la 2:2 hesablı heç-heçəyə görə 120 min avro qazanmışdı. Bir sözlə, son çempionun qrupdakı nəticələri 840 min avroya, yəni, 1,5 milyon manata bərabərdi. Bu məbləğ isə yeni ilin ilk ayında klubun büdcəsinə köçürüləcək.

"Qarabağ" əgər qrup mərhələsini ikinci pillədə başa vursa, bu zaman daha 250 min avro mükafat qazanacaq.

Qeyd edək ki, "Qarabağ" V turda səfərdə "Slovan"ın qonağı olacaq. Ağdamlılar qrup mərhələsinin sonuncu matçında Bakıda "Fiorentina"nı qəbul edəcək.

Onu da bildirək ki, artıq UEFA qrup mərhələsinə vəsiqə qazandığı üçün "Qarabağ"ın büdcəsinə 2,6 milyon avro pul köçürüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar