Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yol polisləri 18 qızıl medal qazanıblar

Tarix: 10-11-2018 17:52     Baxış: 2270 A- / A+
Yol polisləri 18 qızıl medal qazanıblar

Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili işlər orqanları əməkdaşlarının da xüsusi payı var. Əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, ABŞ-ın Florida ştatının Orlando şəhərində pauerliftinq-benç press növü üzrə keçirilən dünya çempionatında qalib gələn Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov və komanda yoldaşları ötən gecə Vətənə qayıdıblar. Onların qarşılanma mərasimində Baş İdarənin əməkdaşları və digər məsul şəxslər iştirak ediblər.
Yol polisləri 18 qızıl medal qazanıblar


Yol polisi zabiti pauerliftinq-benç press növü üzrə yarışda birinci yeri tutub. Bundan başqa, həmin idman növü üzrə Azərbaycan yığma komandasının daha dörd üzvü yarışlarda qızıl medala layiq görülüblər.

Qarşılanma mərasimində çıxış edən Baş İdarənin əməkdaşları bu uğurların ölkəmizdə idmanın inkişafına yüksək dövlət qayğısının və mükəmməl maddi-texniki bazanın yaradılmasının nəticəsi olduğunu vurğulayıblar.
Yol polisləri 18 qızıl medal qazanıblar


Qeyd edək ki, bu, son iki ayda Baş İdarənin əməkdaşlarının idman müxtəlif növlərində qazandıqları üçüncü qızıl medaldır. Cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növləri üzrə ümumiyyətlə 18 qızıl medal əldə ediblər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar