Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı boksçu şərt qoydu: "Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir"

Tarix: 06-11-2018 17:20     Baxış: 2364 A- / A+
Azərbaycanlı boksçu şərt qoydu: "Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir"

Üç ilə yaxındır idman karyerasını başa vuran azərbaycanlı boksçu Fazil Məmmədov peşəkar boksa qayıtmağa hazırdır.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Məmmədovun qayıtmasının yeganə şərti erməni idmançı David Avanesyana qarşı Yerevanda görüşün təşkilidir.

Fazil Məmmədov 2016-cı ilin fevralında WBF və WBCA versiyası üzrə ağır çəkidə dünya çempionu olub, sonra isə karyerasını başa vurub. Bir müddət əvvəl sosial şəbəkə boksçu rinqə qayıtmaq arzusunu bildirib, ancaq qeyd edib ki, yalnız Avanesyanla və yalnız Yerevanda döyüşmək istəyir.

"Mənim şərtlərim birmənalı və konkretdir. Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir", - Məmmədov yazıb.

Xatırladaq ki, paylaşımdan sonra rusiyalı promouter, "Titov Boxing Promotion" şirkətinin direktoru Aleksey Titov Azərbaycan və Ermənistan arasındakı problemlər səbəbindən döyüşü təşkil etməyin çətin olduğunu açıqlayıb. Ancaq qeyd edib ki, razılıq əldə olunsa, şirkət 2019-cu ilin ortalarında Məmmədov-Avanesyan görüşünün təşkilatçılığını üzərinə götürməyə hazırdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar