Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Cüdoçularımız reytinq siyahısında irəliləyiblər

Tarix: 03-11-2016 11:39     Baxış: 2184 A- / A+
Cüdoçularımız reytinq siyahısında irəliləyiblər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Manevr.az-ın məlumatına görə, Abu-Dabidə keçirilən Qran-pri turnirinin yekununa əsasən tərtib edilən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yarışda çempion adını qazanan Elxan Məmmədov yenidən “on”luğa qayıdıb. 100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 11 pillə irəliləməklə, 8-ci yerə yüksəlib. Rio-2016-da olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərində də gümüş medal qazanan Rüstəm Orucov (73 kq) da xal ehtiyatını artıraraq, birinci yerdəki mövqeyini möhkəmlədib. Reytinq xalını 3020-yə çatdıran cüdoçumuz ən yaxın izləyicisi Çanqrim Anla xal fərqini 440-a çatdırıb. Qran-pridən vətənə bürünc medalla qayıdan Tural Səfquliyev (90 kq) isə nə az, nə çox – 29 rəqibini qabaqlayıb. O, 50-ci yerə qalxıb.

Millimizin digər aparıcı cüdoçularına gəlincə, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımova (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 2-ci, 14-cü, 7-ci, 1-ci, 20-ci və 40-cıdı.

Həmyerlilərimizdən Tərlan Kərimovla (66 kq) Məmmədəli Mehdiyev (90 kq) isə geriləyib. Hərəyə 1 rəqibini özündən irəli buraxan təmsilçilərimiz müvafiq olaraq, 38-ci və 20-ci yerə eniblər.Apasport.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar