Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik qol vursunlar"

Tarix: 27-10-2018 23:49     Baxış: 3185 A- / A+
"Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik qol vursunlar"

“Dilxoruq. Bu cür oyunun nəticəsində uduzduq. Ötən tur çoxlu qol imkanlarından istifadə edə bilməmişdik. Bu gün də eyni şey. Əks-hücumdan qorxurduq, müdafiəçilərin səhvindən çəkinirdik. O da başımıza gəldi. Bəxtdən şikayətlənə bilmərəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən şikayətlənməsi lazım deyil. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik, qol vursunlar".
Manevr.az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 9-cu turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ötən oyundan sonra ümidli idim. Bu gün də çoxlu imkan yaratdıq, təzyiq etdik. Ağıllı oynadıq. Amma təəssüf ki, müdafiəçilərimiz futbola yaraşmayan hərəkətlər etdi. Son iki oyunu müdafiənin hesabına uduzduq. Hər oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi, bir gün Dilanımız olmur. Bizdə yeganə xoş hal odur ki, oyundan-oyuna artırırıq. Bəzi hissələrdə diqtə edirik, amma üzücü odur ki, nə qədər işləsən də, səhvlər olur. Müdafiəyə deyəcək sözüm yoxdur".

- Hesabı bərabərləşdirəndən sonra komanda tam heyətlə irəli atıldı. Yekunda əks-hücumdan qol buraxdınız...

- Özüm-özümü də paltardəyişmə otağında söyürdüm. Epizodda sanki hiss etmişdim ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, peşəkarsansa, bilməlisən ki, hara vurursan. Çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbirli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odur ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbirli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün sehirli çubuğum yoxdur. İnanıram ki, komandamız ən yaxşılardan olacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar