Xəbər lenti 
					
 
		Azərbaycanlı Rio-da qızıl medal qazandı - Qazaxıstanın adına

Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rioda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Manevr.az AzNews.az-a istinadən xəbər verir ki, həmyerlimiz qızılı Azərbaycanın aktivinə yox, çıxış etdiyi Qazaxıstan milli komandasının aktivinə yazdırıb.
23 yaşlı idmançı bu nailiyyətə 77 kq. çəki dərəcəsində nail olub. O, birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib.
Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.
Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edib və bu ölkəni təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq-da dünya çempionluğu qazandırıb.
Xatırladaq ki, Azərbaycan Ağır Atletika milli komandası və keçmiş baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, o, yığmamızı tərk edib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















