Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO

Tarix: 13-10-2018 15:21     Baxış: 3350 A- / A+
Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO


"50 Cent" kimi tanınan məşhur amerikalı reper Körtis Cekson hesab edir ki, Konor MakQreqor üzərində qələbəyə görə mükafat olan 10 milyon dolları UFC-nin Həbib Nurməhəmmədova hələ də verməməsi ədalətsizlikdir.

"50 Cent" Twitter akkauntunda yazıb: "UFC-nin Həbiblə davranışı düz deyil, çünki onlar Konorla belə davranmırlar. Əgər Həbib mənim üçün "Bellator"da döyüşsə, 2 milyon dollar nağd ödəyirəm. UFC bu işdə yeganə oyunçu deyil. Müqavilə ilə bağlı məsələni həll edərik. Zübeyri də götürərik".

Həbib Nurməhəmmədov isə reperə belə cavab verib: "Əsl kişilərin harada böyüdüklərini görmək istəyirsənsə - səni Dağıstana dəvət edirəm. ABŞ-a gələndə sənə xəbər edəcəyəm. Dəstəyə görə sağ ol, sən əsl kişisən!"

Oktyabrın 6-da Nurməhəmmədov irlandiyalı Konor MakQreqoru UFC çempionu titulu uğrunda döyüşün 4-cü raundunda məğlub edib. Lakin NSAC hələ də dağıstanlı döyüşçünün qonorarırı ödəməyib.

Həbib Nurməhəmmədov UFC-yə ultimatum yollayaraq bildirib ki, əgər MakQreqorla döyüşdən sonrakı davaya görə onun dostu və sparrinq-tərəfdaşı Zübeyr Tuhuqov təşkilatdan kənarlaşdırılarsa, o da UFC-ni tərk edəcək./milli.az

Manevr.az


Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO

Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar