Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur yarışın mükafatı OĞURLANDI

Tarix: 11-10-2018 23:07     Baxış: 2261 A- / A+
Məşhur yarışın mükafatı OĞURLANDI

Britaniyanın velosiped yarışları üzrə “Team Sky” komandası velo yürüşçü Heraynt Tomasa məxsus və təmizlik işləri zamanı nəzarətsiz qalan “Tour de France” velosiped yarışlarının mükafatının oğurlandığını bildirib.


Manevr.az publika.az-a istinadən xəbər verir ki, ötən il bu komandanın üzvləri yarışların üç turunun hamısında qalib gəlib. Heraynt Tomas “Tour de France”ın, Saymon Yeyts “Vuelta” ispan mərhələsinin, Kris Frum isə “Giro de İtaly”nın qalibi olublar. Bu möhtəşəm qələbələrdən sonra “Team Sky” hər üç mükafatı bütün Britaniya ərazisində nümayiş etdirməyə başlayıb.

İngilis polisi Birminhemdə təşkil olunan sərgidə təmizlik işləri zamanı nəzarətsiz qalan mükafatın oğurlanması faktı ilə bağlı təhqiqata başlayıb. Komanda üzvləri də bu araşdırmalarda qanun keşikçilərinə kömək edir. Mükafatın sahibi H.Tomas deyib: “Mükafat oğrular üçün onun o qədər də dəyərli deyil, amma mənə və komanda üzvlərinə çox qiymətlidir. Ümidvaram ki, oğrular vicdanlarının səsinə qulaq asacaq və onu qaytaracaqlar. Kubok böyük əhəmiyyətə malikdir, ən əsası isə - o, heç kimin oğurlaya bilməyəcəyi qeyri-adi yay mövsümünün heyrətamiz xatirəsidir”.

“Tour de France” dünyada ən mötəbər velosiped yarışlarıdır. Fransanın yolları ilə “Böyük dövrə” yürüşü 1903-cü ildən bəri keçirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar