Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Bütün dövrlərin ən yaxşısı mənəm!" -Futbolçudan özündənrazı cavab

Tarix: 30-09-2018 13:44     Baxış: 3298 A- / A+
"Bütün dövrlərin ən yaxşısı mənəm!" -Futbolçudan özündənrazı cavab

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo ötən həftə ilin ən yaxşılarının açıqlandığı mükafatlandırma mərasimi ilə bağlı fikirlərini bölüşüb.

Manevr.az xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabından verdiyi qısa açıqlamada mükafatları dəyərləndirib, keçmiş komanda yoldaşı Luka Modriçi "qızıl top”u qazanması münasibətiylə təbrik edib:

"Modriçi aldığı mükafat münasibətiylə təbrik edirəm”.

"Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salahın ilin ən yaxşı qoluna verilən Puşkaş mükafatını qazanması haqqında da danışan futbolçu, "Düzü, mənim vurduğum qol daha yaxşı idi. Həyat belədir. Bəzən qazanarsan, bəzən məğlub olarsan. Son 15 ildə səviyyəmi qorudum və gördüyüm işlərdən məmnunam” deyib.

Ronaldo Turin şəhəri və ona dəstək olanlar haqqında da danışıb:

"Turini sevirəm. Gözəl şəhərdir. Mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Mənə dəstək olmağa davam edin, çünki hədəfim hər zaman bir nömrə olmaqdır”.

"Bütün dövrlərin ən yaxşısı kimdir” sualına 33 yaşlı futbolçu "təbii ki, mən” cavabını verib.(unikal.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar