Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Futbolda inqilab: oyunlar heç-heçə bitməyəcək

Tarix: 28-09-2018 12:20     Baxış: 3174 A- / A+
Futbolda inqilab: oyunlar heç-heçə bitməyəcək


FIFA futbolda inqilabi qərar qəbul etməyə hazırlaşır.

Ali futbol qurumu 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının qrup matçlarında heç-heçə qaydasını ləğv edəcək. 90 dəqiqəsi bərabərliklə bitən qarşılaşmalardan sonra bir başa penali seriası keçiriləcək və qalib müəyyənləşdiriləcək.

Həmişə olduğu kimi "DÇ-2022"nin də 32 komandanın iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Amma "The Sun"un iddiasına görə, FIFA prezidenti Canni İnfantino Dünya çempionatının 48 komanda ilə keçirilməsini istəyir. O, Qətəri razı salıb 48 komandanın iştirakını təmin edə bilsə, bu halda heç-heçə qaydası da ləğv edəcək. Penalti seriyasının qalibinə 2, məlub tərəfə isə 1 xal veriləcək. 90 dəqiqə ərzində qalib gələn komandalar isə həmişəki kimi 3 xalı aktivinə yazacaq.

Heç-heçə qaydasının ləğv edilmə səbəbi isə iki komandanın son turda "sülh" bağlayaraq növbəti mərhələyə vəsiqə qazanmasının qarşısını almaqdı. Belə ki, "DÇ-2018"də Fransa və Danimarkanın heç-heçə edərək qrupdan çıxması, İngiltere və Belçika matçın formal xarakter daşıması, Seneqalın "fair-play" qaydalarına görə qrupda qalması geniş müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə keçirəcəyi Dünya çempionatında 48 komanda iştirak edəcək./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar