Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina edib

Tarix: 21-09-2018 21:01     Baxış: 2152 A- / A+
Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina edib

Azərbaycan milli komadasının və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.

46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib.
O, V tur qarşılaşmasında komandasının yanında olmağı məqsədəuyğun sayıb.
Məlumatı "report"a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib. O bildirib ki, FIFA-dan aldıqları dəvətə əsasən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanacaq.

Qeyd edək ki, FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransı sentyabrın 23-də Londonda start götürəcək. "The Best" mükafatı isə sentyabrın 24-də təqdim olunacaq. Tədbirə FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb. 2018-ci ilin ən yaxşı futbolçusu adına Luka Modriç ("Real Madrid", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştianu Ronaldu ("Yuventus", Portuqaliya) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa), Zlatko Daliç (Xorvatiya) və ya Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) seçiləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar