Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Cüdo Federasiyası Bakı haqqında məqalə dərc edib

Tarix: 18-09-2018 07:21     Baxış: 3107 A- / A+
Beynəlxalq Cüdo Federasiyası Bakı haqqında məqalə dərc edib

"İlk dəfə Bakıda olanda ağıla gələn ilk şey, sadəcə, "Vau!" olur".

Manevr.az "report"a istinadən xəbər verir ki, bu fikirlər Alan Abrahamsonun sentyabrın 20-dən 27-dək Azərbaycan paytaxtında keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş məqaləsində yer alıb. Məqalə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc edilib.

Məqalədə Bakının rəngarəngliyi, gözəllikləri və nəfəs kəsən hisslər yaratmasından danışılır. Müəllif qeyd edir ki, Bakını dünyanın meqapolisləri və ya tarixi şəhərləri ilə müqayisə etməyə tələsmək lazım deyil: "Aldanmayın. Bakı bu fikirlər olmadan da sizi təəccübləndirəcək məqamlara malikdir", - müəllif yazır.

Bundan başqa, A.Abrahamson məqalədə şəhərin tarixi keçmişi, onun 12-15-ci əsrlərə aid memarlıq mirası ilə hazırkı futurustik memarlığı arasında paralellər aparıb, Heydər Əliyev Mərkəzini, Alov qüllələrini (FlameTowers) və Bakının yeni vizit kartları olan digər göydələnləri müasir memarlıq nümunələri kimi qələmə verib.

Həmçinin məqalədə Bakının böyük beynəlxalq turnirlər keçirməkdəki uğurlu təcrübəsi vurğulanıb: "2012-ci ildə Bakı "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edib. İlk Avropa Oyunları da 2015-ci ildə Bakıda keçirilib. Son iki ildə Formula-1 pilotları Bakı yollarında yarışıb. Bundan başqa, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar