Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Sumqayıt"ın futbolçusu: "Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz"

Tarix: 15-09-2018 09:18     Baxış: 2183 A- / A+
"Sumqayıt"ın futbolçusu: "Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz"

"İlk 45 dəqiqədə rəqibin cəmi 1 qol imkanı oldu. Penalti zərbəsini nəzərdə tuturam. Başqa fürsətləri olmadı. Öz dəst-xəttimizə uyğun futbol sərgiləmək istəyirdik. Hesab edirəm ki, layiqli oyun nümayiş etdirdik. Bəli, "Qarabağ" yüksək səviyyəli komandadı. Ancaq onlarla da oynamaq mümkündür. Fasilədən sonra qırmızı vərəqə aldığımız epizodadək də çox yaxşı oynadıq. Elə özümün də fərqlənmək üçün yaxşı şanslarım oldu. İmkandan istifadə edib komanda yoldaşlarımdan bu fürsətləri qaçırdığıma görə üzr istəyirəm. Azlıqda qaldıqdan sonra topa nəzarət rəqibə keçdi".

Manevr.az "report"a istinadən bildirir ki, bunu "Sumqayıt"ın futbolçusu Aleksey İsayev Topaz Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.

Yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Son dəqiqədəki epizodda penalti var idi?

- Bunu hakimdən soruşun.

Bu cür "Qarabağ" görəcəyinizi gözləyirdiniz, yoxsa daha əzəmətlisini gözləyirdiniz?

- "Qarabağ" güclü komandadır. Məzmunlu oyuna köklənmişdim. Bu, belə də oldu. Oyuna görə "Qarabağ"a təşəkkür edirəm.

Çempiondan xal qopara bilməməyinizə nə mane oldu?

- Əldə edilən qol epizodlarının boşa verilməsi. Bir də... hakimdən soruşun. Hər şey gözü qarşısında baş verdi. Üç aydır ki, Azərbaycandayam. Heç nə deməyəcəyəm.

Hesab edirsiniz ki, son dəqiqədə penalti təyin edilməli idi?

- Təkrarına baxdıq. Penalti var idi.

Rusiyada da analoji halla rastlaşmısınız?

- Hər yerdə belə şeylər olur. Hakimlər də insandırlar.

Bəlkə rəqib "Qarabağ" olduğuna görə hakim penalti təyin etmədi?

- Bu ənənəvi sualdır. Bilmirəm, cavab verə bilmərəm.

Qarşınıza qoyulan məqsəd nədir?

- Avropa Liqasına vəsiqə qazanmaq tapşırığımız var. Klub prezidenti deyib, biz də həyata keçirməliyik. Yaxşı, keyfiyyətli komandamız var. Hesab edirəm ki, məqsədimizə çatmalıyıq. Komandamız yenidi. Cəmi 2 aydır bir yerdəyik. Bizə vaxt verin və hər şeyi özünüz görəcəksiniz.

10 nömrəli formanı seçmisiniz. Bunun sirri nədədir?

- Uşaqlıqdan bu nömrəni sevmişəm. Hərənin bir arzusu olur. Mənim də arzum hər zaman bu maykada çıxış etməkdir.

Azərbaycana bağlılığınız var?

- Var, ata tərəfdən. Ancaq uşaqlıqdan atasız böyümüşəm.

Milli komandamızdan dəvət gəlsə dəyərləndirərsiniz?

- Açığı, hələ bu barədə düşünürəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar