Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Qrupdan çıxa bilərik" — Qurban Qurbanov

Tarix: 11-09-2018 07:46     Baxış: 2251 A- / A+
"Qrupdan çıxa bilərik" — Qurban Qurbanov

"Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik. Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdur. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiniz".

Manevr.az "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Ardıcıl 2 heç-heçədən sonra qrupdan çıxa bilməməklə bağlı narahatlığınız var?
- Burada nəticə verməyə çalışırıq. İnamımızı itirməməliyik. Çatışmazlıqları mən bilirəm. Digər komandaların da xal itkiləri olacaq. Şansımız yoxdur deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq.

- Rəqib futbolçuların oyunun vaxtını uzatması barədə nə deyə bilərsiniz?

- Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm Bakıda bu cür halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür pauzalar tempi salırdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar