Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fransa 20 il sonra dünya çempionu oldu

Tarix: 15-07-2018 21:43     Baxış: 2128 A- / A+
Fransa 20 il sonra dünya çempionu oldu


Rusiyada keçirilən dünya çempionatı başa çatıb.

Manevr.az xəbər verir ki, bu gün turnirin final matçı keçirilib. Moskvadanın "Lujniki" stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.

Onlar 62 oyunluq mübarizənin ardından - yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşmişdi. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub.

Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin etmiş və bürünc medal qazandıqları "DÇ-1998"dəki nailiyyətini yaxşılaşdırmışdı. Onlar 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya uduzmuşdu - 1:2.

Xorvatların intiqam almaq istəyi baş tutmayıb. Hesab 18-ci dəqiqədə açılıb. Mario Macukiçin avtoqolu Fransanı sevindirib. Xorvatiya 10 dəqiqə sonra İvan Perişiçin qolu ilə bərabərliyi təmin edib. 38-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Antoine Qrizmann Fransanı yenidən heabda önə keçib. 59-cu dəqiqədə Paul Poqba, 65-ci dəqiqədə Kilian Mbappe frəqlənib. Son nöqtəni isə 69-cu dəiqədə Mario Macukiç qoyub - 4:2.

Bununla da Fransa millisi 20 il sonra dünya çempionu olub.

DÇ-2018
Final

15 iyul
Fransa - Xorvatiya 4:2

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar