Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millimizin baş məşqçisi Braziliyadan qaçıb?

Tarix: 10-08-2016 10:43     Baxış: 2351 A- / A+
Millimizin baş məşqçisi Braziliyadan qaçıb?

Rioda keçirilən Olimpiya Oyunlarında iştirak edən cüdo üzrə milli komandamızın baş məşqçisi polis şöbəsinə aparılıb.

Manevr.az xəbər verir ki, bu barədə rekord.az saytı məlumat yayıb. Bildirilir ki, cüdoçularımızın düşərgəsində bir gün sonra yarışa çıxmağa hazırlaşan yığmamızın məşqi zamanı yerli mühafizə xidməti aranı qatıb. Braziliyalılar naməlum səbəblərdən cüdoçuların çalışmalarına mane olub. Bu isə baş məşqçimiz Peter Zeyzenbaxerin xoşuna gəlməyib və o, etirazını bildirib. Milli komandanın məsuliyyətli yarışdan cəmi bir gün əvvəl belə təzyiqə məruz qalması avstriyalı mütəxəssisi özündən çıxarıb. Məsələ böyüyüb. Nəticədə Zeyzenbaxer polis şöbəsinə aparılıb və 4 saat orada saxlanılıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu AzNews.az-ın əməkdaşının məsələ ilə bağlı sualını cavablandırarkən iddiaları təkzib edib: “Bu xəbəri yayanlara nə deyəsən? Heç bir sözüm yoxdur. Belə bir şey olmayıb Bu Cüdo Federasiyasının yeni rəhbərliyinin son 9-10 aydakı fəaliyyətini gözü götürməyənlərin işidir. Bu cür məlumatlar məqsədli şəkildə ötürülür. Sabah da medal qazansaq yəqin yazarlar ki, Elnur Əşrəfoğlu Braziliyadan Argentinaya qaçıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar