Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR

Tarix: 22-06-2018 21:37     Baxış: 3408 A- / A+
Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR


Dünyada bir çox futbolçu var ki, maqazin fiquruna çevrilmək istəyir, hətta özəl həyatları, karyeraları istedadlarının önünə keçir. Ancaq bu qəlibdən uzaq gəzməyə çalışan futbolçular da az deyil.

Manevr.az xəbər verir ki, türkiyəli futbolçu Nuri Şahin azarkeşlərin görməyə adət etdiyi futbolçulardan bir çox fəaliyyəti və hədəfləri ilə kəskin fərqlənir.

Nuri Şahin əslən Türkiyənin Kırşehir şəhərindən olan, sonradan Almaniyaya köç edən bir ailədə dünyaya gəlib. Hazırda 29 yaşı var və "Borussiya Dortmund" forması geyinir. "Real Madrid" və "Liverpul" kimi nüfuzlu komandalarda oynadıqdan sonra "Borussiya"ya qayıdıb.

Futbol karyerası ilə yanaşı, təhsilinə də diqqət yetirən futbolçu ötən il Harvard Universitetinə qəbul olub. O, universitetdə oxumaq arzusunu bu sözlərlə əsaslandırıb:

"Dünyanın ən yaxşı universitetində idarəçilik dərsləri almaq, o havanı udmaq furtbol karyeram üçün çox önəmlidir. Qəbul olunsam, futbol karyeramla birgə ali təhsilimi də davam etdirəcəyəm. Bu, məni həyəcanlandırır".

Nuri Şahin daha sonra 3 ay boyunca "Əyləncə biznesi: Media və idman" proqramı üzərində işləyib və uğurla tamamlayıb.

Əlavə olaraq, qatıldığı yardım kampaniyaları ilə hər kəsin rəğbətini qazanmağı bacarıb. O, bir neçə gün öncə sosial media hesabında Efiopiyaya su quyusu qazmaq üçün getdiyini bildirib.

Onun komanda yoldaşı Neven Subotiç 2013-cü ildən bəri dünyanın ən quraq və kasıb bölgələrində su quyuları açır. Qurduğu fond sayəsində dəstək toplayır və ehtiyacı olan insanları su ilə təmin edir. Bu günə qədər 100-ə yaxın su quyusu istifadəyə verən Neven Subotiç sayəsində Nuri Şahin də su quyusu açan komandaya daxil olub.

Efiopiyaya səfər edən futbolçu orada 1 həftə qalıb. Sadəcə su quyusu qazmaqla kifayətlənməyən Nuri yerli ailələrin uşaqları ilə əyləncəli zaman keçirib, onlarla futbol oynayıb.

Təəssüratlarını bölüşən Nuri Şahin "Subotiç hər zaman mənə "bir su quyusunun bir insanın həyatını necə dəyişdirdiyini anlamaq üçün o ana tamaşa etməyin lazımdır" deyirdi. Sərhəd tanımayan bir yaxşılıq hərəkatının parçası olduğum üçün nə qədər təşəkkür etsəm, azdır" sözlərini deyib. (publika.az)

Manevr.az

Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR
Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR
Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR
Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR
Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR
Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... - FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar