Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni futbolçu Azərbaycanda oynaya bilər

Tarix: 20-06-2018 20:25     Baxış: 4343 A- / A+
Erməni futbolçu Azərbaycanda oynaya bilər


Lüksemburqun "Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər.

Söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir.

O, Avropa Liqasında "Qəbələ”yə qarşı oynaya bilər.

"Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.

Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.

Aleksandr Karapetyan ötən mövsüm "Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.

Qeyd edək ki, bu artıq "Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində hazırda İngiltərənin "Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan Bakıya gələ bilərdi. Lakin Dortmund "Borusiya”sı onu siyasi səbəblərə görə gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar