Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yığmamızdan böyükhesablı qələbə

Tarix: 29-05-2018 22:27     Baxış: 4303 A- / A+
Yığmamızdan böyükhesablı qələbə


Futbol üzrə Azərbaycan millisi Qırğızıstan yığmasını məğlub edib


Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edib.

Bu, “Qarabağ”ın çalışdırıcısının yığmanın “sükanı arxasında” 4-cü sınağı olub. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Budəfəki rəqib komandamız üçün yad deyildi. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gəlib. Buna qədər iki dəfə qalib gəlib, 1 dəfə “sülh” bağladığımız asiyalılar yenə məğlubiyyətə üzülüblər. Millimiz uğurlu seriyanı 3:0 hesablı qələbə ilə davam etdirib.

Bu, eyni zamanda Qurbanovlu yığmanın ilk qalibiyyəti olub və yığmamız 2018-ci ilin “siftə”sini rəsmiləşdirib.

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.

Yoxlama oyunu

29 may

Azərbaycan - Qırğızıstan - 3:0

Qollar: Maksim Medvedev, 16; Mahir Mədətov, 75; Ürfan Abbasov, 84
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə)

Bakı. Olimpiya Stadionu


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar