Xəbər lenti
''Azərbaycan yığması çox inkişaf edib'' - Hoqmo - FOTO
«Şanslarımız oldu, sadəcə dəyərləndirə bilmədik”.
Bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan norveçlilər qrupda ardıcıl ikinci məğlubiyyətlərini (0:1) alıblar.
Matçdan sonra keçirilən mətbuat konfransında Hoqmo oyun haqda fikirlərini bölüşüb: “Azərbaycan millisini təbrik edirəm. Matç zamanı çoxlu hava ötürmələrimiz oldu. Lakin şansları qaçırdıq. Rəqib komandanın yarımmüdafiəsi güclü idi. Hava toplarına bu səbəbdən üstünlük verdik».
- Seçmə mərhələnin hər iki görüşündə komandanız uduzub. İstefa barədə düşünürsüzmü?
- Bu nəticəyə görə məyusuq. Keçən seçmə mərhələdə Azərbaycandan 4 xal almışdıq. Amma bu dəfə alınmadı. Milliniz həmin tarixdən bu günə qədər çox dəyişib. Artıq bu görüşü unudub, növbəti qarşılaşmaya hazırlaşacağıq.
- Matçdan öncə demişdiz ki, Azərbaycan və San-Marino ilə oyunlarda 6 xal qazanmaq fikrindəsiz. Sizə elə gəlmir ki, bunu deməklə azərbaycanlı futbolçulara daha çox motivasiya verdiniz?
- Biz həmişə qalib gəlmək istəyirik. Ancaq Azərbaycan yığması çox inkişaf edib. Oyun keyfiyyəti görünürdü. Keçən il siz Xorvatiyadan da xal almışdız. Futbolda hər cür nəticə ola bilər.
- Hava ötürmələrindən başqa heç nə ilə yadda qalmadınız. Başqa oyun planınız yoxdu?
- Gördüz ki, Azərbaycan yığması orta xətdən müdafiə olunmağa başlayırdı. Buna görə də, bizim qol vurmaq üçün başqa şansımız yox idi. Bayaq dediyim kimi, məhz bu səbəbdən rəqibin cərimə meydançasının daxilinə hava ötürmələrin etməklə, qol vurmaq istəyirdik. Əfsuslar olsun ki, bu istəyimiz baş tutmadı.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar