Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Argentina futzal üzrə dünya çempionatının qalibi olub

Tarix: 02-10-2016 09:03     Baxış: 2293 A- / A+
 Argentina futzal üzrə dünya çempionatının qalibi olub


Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı sona çatıb. Apasport.az saytının məlumatına görə, mötəbər turnirin ilk mükafatçısı İran olub.

Belə ki, 3-cü yer uğrunda matçda İran Portuqaliya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib.

Əvvəlcə Portuqaliya millisi Kardinalın bir dəqiqə ərzində vurduğu iki qolla hesabda önə keçib. Ancaq İran oyunda dönüş yarada bilib.

26-cı dəqiqədə Kazemi fərqi azaldıb. 36-cı dəqiqənin gedişində isə Cavid hesabda tarazlığı bərpa edib. Əsas və əlavə vaxtda başqa qol olmayınca qalibi müəyyən etmək üçün penalti seriyasına müraciət olunub.

Cənub qonşularımız daha dəqiq oynayaraq 4:3 hesablı qələbə qazanaraq bürünc medallara sahib olublar.

Bu matçdan sonra isə mundialın final oyunu keçirilib. Kolumbiyanın Kali şəhərinin “Kolesio El Pueblo” arenasında baş tutan həlledici qarşılaşmada Rusiya yığması Argentina ilə oynayıb.

Möhtəşəm idman mübarizəsi şəraitində keçən görüşdə azarkeşlər düz 9 qola şahidlik ediblər. Hər iki tərəfin də zaman-zaman önə keçdiyi matçın yekununda Argentina yığması 5:4 hesablı qələbəyə sevinib və dünya çempionu olub.

Dünya çempionatı
3-cü yer uğrunda

İran – Portuqaliya – 2:2 (pen. – 4:3)
Qollar: Kazemi, 26, Cavid, 36 – Kardinal, 21, 21

Final
Rusiya - Argentina - 4:5
Qollar: Eder Lima, 15,23; 21,18, 39,41; Liskov, 38,56 - Vaporaki, 15,49; 38,19, Kuzzolino, 19,32, Brandi, 21,35; 22,33


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar