Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Elnur Məmmədliyə uduzmaq üçün PUL TƏKLİF OLUNUB

Tarix: 02-02-2018 15:03     Baxış: 4390 A- / A+
Elnur Məmmədliyə uduzmaq üçün PUL TƏKLİF OLUNUB


Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub.

Manevr.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançı "CBC Sport”da yayımlanan "İmza” verilişində açıqlama verib.

Həmin verilişdə Məmmədli türkiyəli idmançının təklif etdiyi məbləği qəbul etmədiyini bildirib: "Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa 150-200 min. Həmin vaxt mən adi Elnur Məmmədli üçün 200 min az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük”.

Artıq karyerasını başa vurmuş idmançının sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olduqdan sonra ona pul mükafatı və mənzil verilsə də, bu hədiyyələr də onu dəyişdirməyib.

Qeyd edək ki, 2007-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında Elnur Məmmədli 73 kq çəki dərəcəsində gümüş medal qazanıb. Onun yarımfinalda qarşılaşdığı türkiyəli cüdoçu isə Sezər Huysuz olub. Huysuz da Məmmədli kimi artıq karyerasını başa vurub. O, 2016-сı ildən Türkiyə Cüdo Federasiyasının prezidentidir. Elnur Məmmədli isə 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar