Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu

Tarix: 29-01-2018 22:09     Baxış: 3250 A- / A+
Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu


27-28 yanvar 2018-ci il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində “ 2 Fevral – Gənclər günü”nə həsr olunmuş 1998-2003-cü il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə şəhər birinciliyi keçrilmişdir.


Manevr.az-ın verdiyi xəbərə görə, açılış mərasimində Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Azərbaycan Cüdo Federasiyasının hakimlər kollegiyasının sədri Fariz Hüseynov, Əməkdər Bədən Tərbiyəsi və İdman xadimi, prezident təqaüdçüsü Əhməddin Rəcəbli çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdilər. Natiqlər ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nəaliyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğulamış, idmançıları 2 fevral Gənclər günü münasibətilə təbrik edərək yarışda uğurlar arzulamışlar.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Kənan İsmayılov (55kq), Nəbi Bayramov (60kq), Nicat İsmayılov (66kq), Rauf Abdullayev (73 kq), Şahin Quliyev (81kq), Elvin Qaragözov (90 kq), Emin Kazımov (100 kq) və Nicat Aslanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qızlar arasında isə Gülşən Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Göyçək Əsədova (52 kq), Əsmər Məmmədova (57 kq), Xədicə Rəşidova (63 kq) və Fidan Tanrıverdiyeva (70 kq) birinci olmuşlar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunmuşlar. Mükafatçılar cari ilin fevral ayında keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə etmişlər.

Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu
Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar